Azərbaycan millisi Ermənistana qarşı
İdman
07.06.2024 11:05
İyunun 8-də Kosovonun paytaxtı Priştinada 3x3 basketbol millilərinin Avropa Kuboku turniri start götürəcək.
TodayPress xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi qitə yarışında ilk oyununu Ermənistan yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, komandamız eyni gündə daha üç matç keçirəcək. Milli müvafiq olaraq, Kosovo, Kipr və Albaniya komandaları ilə qarşılaşacaq.
Namiq HUN
tag: Azərbaycan, Milli, Ermənistan, Oyun, todaypress.az,