Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirdi
İdman
22.11.2024 06:00
Kişi basketbolçulardan ibarət Azərbaycan
millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
TodayPress-in məlumatına görə, Tahir Baxşıyevin baş
məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gəlib.
Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil
olunan qarşılaşma ev sahiblərinin 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Üç qarşılaşmadan sonra yığmamızın 4 xalı var.
tag: Basketbol, Milli, Yığma,Arena, Dublin, todaypress.az,