Azərbaycan millisi daha 1 qızıl medal qazandı
Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında daha bir qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, multi-idman yarışının baş mükafatını komandamıza parabadmintonçu Ayan Əliyeva qazandırıb.
Nəticədə yığmamızın Gimnaziadada qazandığı medalların sayı 26-ya yüksəlib.
Komandamız hesabında İdman Oyunlarının 8 qızıl, 6 gümüş və 11 bürünc medalı var.
Namiq HUN
tag: Azərbaycan,Parabadminton,Ayan Əliyeva,Medal,Todaypress.az,