Azərbaycan millisi Avropada ikincidir
İdman
30.10.2024 15:00
Avropa Minifutbol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan milli komandası siyahıda 2-ci yerdədir.
Milli yalnız Rumıniya komandasından geri qalıb.
İlk üçlüyü son Avropa çempionu Serbiya yığma komandası tamamlayır.
İlk “onluq”da, həmçinin Qazaxıstan, Bolqarıstan, Fransa, Slovakiya, Monteneqro, Macarıstan və Çexiya kollektivləri də var.
Namiq HUN
tag: Avropa, Reytinq, Azərbaycan, Milli, Serbiya, todaypress.az,