Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.
TodayPress İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Xorvatiyanın Omiş şəhərində yerləşən Ribnyak İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.
tag: Azərbaycan,Futzal,Çempionat,Bosniya, Herseqovina,todaypress.az,