Azərbaycan millisi Avropa çempionatında finala yüksəldi

İdman

27.07.2024 20:52

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

TodayPress xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.

Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.

tag: Avropa Çempionatı, Kosovo, Azərbaycan, Kipr, todaypress.az,