Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu
Azərbaycanın yeniyetmələrdən ibarət şpaqa
millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa
birinciliyində 15-ci olub.
TodayPress xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun
Bayramova və Mirnuray Abasovadan ibarət komanda ilk görüşdə Finlandiya
yığmasına 45:33 hesabı ilə qalib gəlib.
1/4 finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada
Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər
uğrunda görüşlərdə qüvvəsini sınayıb.
Fransa yığmasına 37:45 hesabı ilə uduzan milli isveçrəli
rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.
Komanda 15-ci yer uğrunda qarşılaşmada Litvaya 45:32
hesabı ilə qalib gəlib.
tag: Azərbaycan, Türkiyə, İdman, Milli, Antalya, todaypress.az,