Azərbaycan medal sıralamasında 24-cüdür

İdman

09.08.2024 10:27

1926

Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

TodayPress xəbər verir ki, komandanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) isə  bürünc medala sahib çıxıb.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. 

Türkiyə (2 gümüş, 3 bürünc) 60-cı, İran (2 qızıl, 2 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 35-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 62-ci sıradadır.

İlk "üçlük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

Namiq HUN

tag: Azərbaycan, Türkiyə, Gümüş, Qızıl, Medallar, todaypress.az,