Azərbaycan medal sıralamasında 23-cü oldu
İdman
07.08.2024 09:56
Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.
TodayPress xəbər verir ki, komandamızın aktivində iki qızıl medal var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.
Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, Türkiyə (1 gümüş, 2 bürünc) 54-cü, Ermənistan (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır.
İlk "üçlük"də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıblar.
Namiq HUN
tag: Azərbaycan, Medal, Reytinq, Paris 2024, Qızıl, Bürünc, todaypress.az,