Azərbaycan medal sıralamasında 22-cidir

İdman

06.08.2024 10:22

Azərbaycan komandası Paris Olimpiadasında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.

TodayPress xəbər verir ki, hələlik komandamızın aktivində iki qızıl medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. 

Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidir.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Türkiyə (1 gümüş, 1 bürünc) 52-ci, Ermənistan isə (1 gümüş) 54-cü sıradadır.

İlk "üçlük"də ABŞ (21 qızıl, 30 gümüş, 28 bürünc), Çin (21 qızıl, 18 gümüş, 14 bürünc) və Fransa (13 qızıl, 16 gümüş və 19 bürünc) yer alıblar.

Namiq HUN

tag: Hidayət Heydərov, Zelim Kotsoyev,Alfonso Dominqes, Azərbaycan, Gürcüstan, Bürünc, Qızıl, todaypress.az,