Azərbaycan medal sıralamasında 15-cidir
İdman
02.08.2024 10:02
Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 15-ci pilləyə yüksəlib.
TodayPress xəbər verir ki, bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) qızıl medal qazanması sayəsində mümkün olub.
Daha əvvəl digər cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu adını qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qeyd edək ki, Türkiyə (1 gümüş, 1 bürünc) 35-ci, Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.
İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.
Namiq HUN
tag: Azərbaycan, Paris 2024, Sıralama, Hidayət Heydərov, Gümüş, Qızıl, Bürünc,todaypress.az,