Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda növbəti
yarımfinalçı müəyyənləşib.
TodayPress xəbər verir ki, 1/4 finalda səfərdə
"Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala
adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev
(71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab
açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi"
- "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün baş tutan digər 1/4 final matçında
"Qarabağ" "Səbail"i 3:1 hesabı ilə məğlub edərək
yarımfinala yüksələn ilk komanda olub. 1/4 final mərhələsinə sabah baş tutacaq
iki görüşlə yekun vurulacaq.
tag: Neftçi, Kəpəz, Qarabağ,Kubok, todaypress.az,