Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Kubokunda
"Zirə" 1/4 finala vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, qəsəbə təmsilçisi 1/8 finalda
"Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.
Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan
sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval
(52) fərqləniblər. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.
Bu qələbənin ardından "Zirə" 1/4 finalda
"Araz-Naxçıvan" ilə üz-üzə gələcək.
tag: Kubok, Azərbaycan, Futbol, idman, Zirə, Şamaxı, todaypress.az,