Azərbaycan Kontinental Xokkey Liqasında iştirak edəcək?
İdman
10.09.2024 14:05
Üçqat dünya çempionu Aleksey Tereşşenko Azərbaycan klubunun KHL-də mümkün iştirakını dəyərləndirib.
TodayPress “Metaratings”ə istinadən xəbər verir ki, Rusiya millisinin heyətində xokkey üzrə üçqat dünya çempionu olan Aleksey Tereşşenko Azərbaycan klubunun Kontinental Xokkey Liqasında (KHL) mümkün iştirakına münasibət bildirib.
“KHL-ə daxil olmaq üçün ciddi infrastruktura, uşaq akademiyasına ehtiyac var. Azərbaycan xokkey yox, digər idman növlərinin inkişaf etdiyi ölkədir. Onlar üçün çətin olacaq. Biz KHL-də Azərbaycan haqqında düşünməməliyik, uşaq xokkeyini inkişaf etdirməliyik. İndi bizdə sadəcə uşaq xokkeyi yoxdur, uşaq məşqçiləri yoxdur. Biz bir çox gənc xokkeyçi itiririk, çünki onları inkişaf etdirmirik. Bu ən pis şeydir” Tereşşenko bildirib.
Qeyd edək ki, Rusiyanın idman naziri Mixail Deqtyarev Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşdə ölkələr arasında çoxşaxəli və dostluq əlaqələrinin inkişafını müzakirə edib. Deqtyarev Azərbaycanı Kontinental Xokkey Liqasına qoşulmağa dəvət edib.
Namiq HUN
tag: Azərbaycan, KHL, Xokkey, Mixail Deqtyarev, Fərid Qayıbov, todaypress.az,