Azərbaycan komandası "Technoxian-2024” dünya robot çempionatının qalibi oldu
İdman
29.08.2024 15:03
Robotexnika üzrə milli komandamız Hindistanda tarix yazıb.
TodayPress xəbər verir ki, millimiz Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının qalibi olub.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan təmsilçilərimiz “RC Craft” kateqoriyası üzrə mundialın baş mükafatını qazanıb.
Komandamız ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medala sahib olub.
Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Namiq HUN
tag: Technoxian-2024, Azərbaycan,FPV Drone,Drone Soccer, Yeni Dehli, todaypress.az,