Azərbaycan komandası Kazanda 34 medalla 7-ci oldu

İdman

22.06.2024 23:50

Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS” beynəlxalq multi-idman oyunlarına yekun vurulub.

TodayPress xəbər verir ki, son yarış günü boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (92 kq), Vətən Hüseynli (92 kq) isə bürünc medala layiq görülüblər.

Cüdoçuların turnirində Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) multi-idman oyunlarının bürünc medallarına sahib olublar.

Qılıncoynatmanın sablya növündə oğlanlardan ibarət yığma komandamız gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət milli isə bürünc medala layiq görülüb.

Ümumilikdə, Azərbaycan komandasının "BRICS” beynəlxalq multi-idman oyunlarından qazancı 34 medal olub. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

 Namiq HUN

tag: BRICS,Şpaqa, Cüdoçular,Tural Sarıyev, todaypress.az,

photo