Azərbaycan komandası dünya çempionu oldu
İdman
17.06.2024 10:43
Çövkən üzrə Azərbaycan yığma komandası dünya çempionatının qalibi olub.
TodayPress xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə milli komanda Mərakeş yığması ilə qarşılaşıb.
Görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu komandanın kapitanı Elçin Camallı vurub. Nəticədə Azərbaycan yığma komandası çövkən üzrə ilk dünya çempionatının qalibi olub.
Turnirin bürünc medallarına isə nigeriya yığması sahib çıxıb. Avrikalılar üçüncü yer uğrunda görüşdə Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.
Namiq HUN
tag: Azərbaycan, Binə Atıcılıq Mərkəzi, Özbəkistan, Görüş, todaypress.az,