Azərbaycan komandası “Böyük Dəbilqə” turnirində 2-ci oldu

İdman

05.05.2025 09:25

5

Cüdo Azərbaycan yığma  komandasının Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirindən qazancı 2 qızıl medal olub. 

TodayPress xəbər verir ki, millimiz Düşənbə turnirini ümumi hesabda qazandığı 2 qızıl və 2 gümüş medalla ikinci yerdə başa vurub.

27 ölkənin qatıldığı “Böyük Dəbilqə” turnirinin qalibi isə 4-ü qızıl olmaqla, ümumilikdə 11 medal qazanan Tacikistan komandası olub.

Namiq HUN

tag: Cüdo ,Azərbaycan ,Tacikistan ,“Böyük Dəbilqə”,İdman,todaypress.az,