Azərbaycan komandası Avropa kubokunda qızıl medal qazandı

İdman

02.05.2025 17:35

7

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub.   

TodayPress xəbər verir ki, heyəti Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət milli komanda üç top və iki halqa ilə hərəkətdə Avropa kuboku turnirinin qızıl medalını qazanıb.   

Müsiflər bədii gimnastlarımızın çıxışını 24,700 balla qiymətləndiriblər.  İkinci yerə Ukrayna (24,350), üçüncü yerə isə İtaliya (24.000) layiq görülüb.  Azərbaycan komandası “Cross Battle” formatında keçiriləcək çoxnövçülük üzrə finalda da yarışacaq. 

Qeyd edək ki, Avropa kuboku mayın 4-də başa çatacaq. 

 Namiq HUN

tag: Avropa,Kubok,Qızıl,Medal,Todaypress.az,