Azərbaycan komandası 5-ci dəfə Avropa çempionu oldu

İdman

10.04.2025 09:00

13

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.   

TodayPress xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında Bratislava turnirində 1-ci yeri tutub. 

Sərbəst güləş yığmamız tarixində 5-ci dəfə Avropa çempionu tituluna sahib çıxıb.

Daha əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü adını qazanıb. 

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub.

Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Komandamızın heyətində Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürünc medala sahib çıxıb.   

Namiq HUN

tag: Azərbaycan,Güləş,Avropa,Çempion,Todaypress.az,