Azərbaycan klubu meydana 10 nəfərlə çıxdı

İdman

18.10.2024 17:40

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının VII turunda "Göygöl" klubu "Füzuli"ni qəbul edib.

TodayPress xəbər verir ki, oyun qonaqların problemləri ilə əlaqədar bir qədər gec başlayıb. 

“Füzuli” klubu matçın keçirildiyi Göygöl Olimpiya İdman Kompleksinə 10 futbolçu ilə yollanıb. 

Ehtiyat oyunçular skamyasında heç kəs olmayan "Füzuli" start heyətini qurmaqda da çətinlik çəkib. Protokolda 11 futbolçu sifariş edən komanda meydana 10 nəfərlə çıxıb. 

Say üstünlüyündən yararlanaraq meydan sahibləri matçın əvvəlində rəqibin qapısına 3 qol vurub. 

Namiq HUN

tag: Azərbaycan, Göygöl Klubu, Füzuli, Protokol, todaypress.az,