Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşdi

İdman

22.07.2024 16:44

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. 

TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan klubları – “Zirə”, “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri müəyyənləşib. 

“Sabah” klubu “Makkabi” (Hayfa) səddini adlayacağı halda, III təsnifat mərhələsində “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Raundun ilk oyunu səfərdə oynanacaq.

 “Zirə” “Dunayska Streda”nı (Slovakiya) üstələsə, III raundda  “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasa, növbəti raunda səfər oyunu ilə başlayacaq.

 “Sumqayıt” “Fehervar” (Macarıstan) klubuna qalib gəlsə “Omoniya” (Kipr) – “Torpedo” Kt (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. III təsnifat mərhələsinin ilk oyunu səfərdə start verəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Namiq HUN

tag: UEFA, Azərbaycan, Liqa, İsveçrə, Nyon, Zirə, todaypress.az,