Azərbaycan klublarının Avropadakı mövqeyi açıqlandı
Klubların UEFA reytinqi açıqlanıb. Avrokubokların II təsnifat mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.
TodayPress xəbər verir ki, Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır.
31,500 xala malik “köhlən atlar” 54-56-cı yerləri bölüşür. Ağdam təmsilçisi Çempionlar Liqasındakı potensial rəqibləri olan “Yanq Boyz” və “Ferentsvaroş”la eyni xala malikdir.
“Neftçi” 8,000 xalla 162-ci yerdədir.
“Sabah”la “Sumqayıt” 4,000 xalla 294-cü yeri bölüşürlər.
“Zirə”, “Qəbələ” və “Şamaxı”nın 3,675 xalı var. Hər üç təmsilçimiz 314-cü yerə şərikdir.
Qeyd edək ki, klubların UEFA reytinqinə 129,000 xalla “Mançester Siti” başçılıq edir.
Namiq HUN
tag: Sabah, Sumqayıt, Qəbələ, Şamaxı, UEFA, todaypress.az,