Azərbaycan klublarının avrokubok macərası
“Zirə” və “Sabah” futbol klubları növbəti avrokubok matçlarına çıxıblar.
TodayPress xəbər verir ki, “Zirə” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb.
Azərbaycan vitse-çempionu səfər matçında əsas vaxta əlavə olunmuş dəqiqədə məğlubiyyətdən qaçıb. Rafael Utziq penaltidən oyunda status-kvonu bərpa edib 1:1 .
“Sabah” isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda İrlandiyada “Sent Patriks”in qonağı olub.
Premyer Liqanın bürünc mükafatçısı səfər matçında 0:1 hesabı ilə uduzub. Birinci hissənin sonlarında vurulan qol oyunda yeganə olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda olacaq.
Namiq HUN
tag: Zirə, Sabah, Konfrans Liqa, Bakı, Xorvatiya, todaypress.az,