Azərbaycan karateçiləri "Karat cup"ın qalibi oldu
İdman
28.10.2024 12:10
Rusiyanın Oryol şəhərində karate üzrə "Karat cup" beynəlxalq turniri keçirilib.
TodayPress xəbər verir ki, yarışda Azərbaycanı “Jaguar İdman Klubu”nun yeniyetmə karateçiləri təmsil edib.
Komanda kumite yarışında heyəti Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimovdan ibarət olan yığmamız bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb.
Fərdi yarışlarda isə təmsilçilərimizdən Şamo Kamilov (+70 kq) gümüş, Sultan Səlimov (52 kq), Bəhman Orucov (57 kq) və Murad Dinç (70 kq) isə bürünc medal layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistandan olan 500-ə qədər karateçi qələbə uğrunda mübarizə aparıb.
Namiq HUN
tag: Rusiya, Karate, Yarış,Azərbaycan, Qalib,todaypress.az,