Azərbaycan karateçiləri ilin ilk turnirinə qatılacaqlar

İdman

20.01.2025 15:42

Dünya Karate Federasiyası (WKF) Parisdə keçiriləcək yeni mövsümün ilk Premyer Liqasında iştirakçı ölkələrin sayını açıqlayıb. 

TodayPress xəbər verir ki, yarış 70 ölkədən 400-ə yaxın idmançını bir araya gətirəcək. 

Azərbaycan turnirdə Turqut Həsənov (84 kq), Fidan Teymurova (50 kq) və Nuran Rzazadə (67 kq) təmsil edəcək. 

Qeyd edək ki, yanvarın 24-26-da baş tutacaq Premyer Liqa yarışının  iştirakçıları dünya çempionatına vəsiqə qazanmaq şansı əldə edəcəklər. 

 Namiq HUN

tag: Paris,Dünya Karate Federasiyası ,Premyer Liqa, Turqut Həsənov ,Todaypress.az,