Azərbaycan karateçiləri Belçikaya yollandılar
İdman
22.11.2024 09:54
Fullkontakt kyokuşin karate üzrə ikinci Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin üzvləri Belçikanın Antverpen şəhərinə yola düşüblər.
TodayPress xəbər verir ki, noyabrın 23-də start götürəcək turnirdə ölkəmizi 8 karateçi təmsil edəcək.
Avropa Kubokunda ilk üç yeri tutan karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq.
Namiq HUN
tag: Azərbaycan, Karate, Belçika, Avropa, Kubok, todaypress.az,