Azərbaycan IJF-nin dörd nominasiyasında yer aldı
İdman
16.01.2025 14:28
Azərbaycan 2024-cü ilin nəticələrinə əsasən, Beynəlxalq Cüdo Federasiyasının (IJF) dörd nominasiyasında ilk üçlükdə yer alıb.
TodayPress xəbər verir ki, “İlin cüdoçusu” sorğusunda bir mövsümdə Olimpiya, dünya və Avropa çempionu olan Hidayət Heydərov ən yaxşı üç idmançı arasındadır.
“İlin məşqçisi” adına namizəd olan kişilərdən ibarət millinin məşqçisi Rixard Trautman da ilk üçlükdədir.
Gənclər arasında dünya çempionu olan Nihad Məmişov “Yüksələn ulduz” nominasiyasında ən yaxşı üç cüdoçu arasındadır.
“Uşaqlar üçün cüdo” nominasiyasında namizədlər arasında Azərbaycan Cüdo Federasiyasının “Adaptiv cüdo” layihəsi də var.
Dünya cüdosunda ilin qalibləri mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində alacaqlar.
Namiq HUN
tag: Cüdo, Məşqçi, Azərbaycan, Yüksələn ,todaypress.az,