Azərbaycan idmanı dünyada 52-ci yerdə qərarlaşdı

İdman

08.12.2024 13:00

Ölkələrin qlobal idman reytinqi açıqlanıb. 

TodayPress xəbər verir ki, siyahıda planetin 138 ölkəsi yer alıb.  Reytinqdə ilin arxada qalan hissəsindəki yarışların nəticələri nəzərə alınıb.

Azərbaycan cədvəldə 52-cıdır.  İdmançılarımız ümumilikdə 205 xal toplayıblar. Ötən siyahı ilə müqayisədə ölkəmiz bir addım geriləyib.

Buna Bolqarıstanın sıçrayışı səbəb olub.  205 xal 9 idman növündə qazanılıb. Cüdoda 65, boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, basketbolun 3x3 növündə 18, bədii gimnastikada 8, atletikada 4, atıcılıqda 2 xal əldə olunub.  Kişilərin siyahısında 44-cü olan millimiz qadınların cədvəlində 69-cudur. Azərbaycan Avropada 28-cidir. 

Qeyd edək ki, siyahıya 6823 xala malik ABŞ başçılıq edir. (idman.biz) 

tag: Azərbaycan,Reytinq,İdman,Cədvəl,Todaypress.az,