Azərbaycan idmançısı Paris-2024-də finala vəsiqə qazandı
İdman
04.08.2024 16:30
Paris-2024-də Azərbaycanı çəkicatma yarışında təmsil
edən Anna Skidan finala yüksəlib.
TodayPress xəbər verir ki, atletimiz təsnifat mərhələsində
ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.
Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55
metr göstəriciyə nail olub.
Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32
atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər
avqustun 6-da müəyyən olunacaq.
tag: Paris 2024, Olimpiya Oyunları,Çəkiçatma,Atlet,todaypress.az,