Azərbaycan idmançısı DFC turnirini nokautla qazandı
TodayPress xəbər verir ki, Qazaxıstanda MMA üzrə Dala Fighting Championship (DFC) turniri keçirilib.
Azərbaycanın MMA döyüşçüsü Bayram Şəmmədov Astana turnirində adından söz etdirib.
Təmsilçimiz Qazaxıstan paytaxtında MMA-in əfsanələrindən sayılan yerli Yerjan Estanovla qarşılaşıb.
MMA-də keçirdiyi 13 döyüşün 9-da qələbə qazanıb, 4-də məğlub olan Şəmmədov bu dəfə oktaqonu başı uca tərk edib.
Bayramın Astana tirnirinə qədər peşəkar karyerasında 18 qələbəyə sevinən 39 yaşlı qazaxıstanlı rəqibi Yerjan Estanov isə 8 dəfə məğlubiyyət acısı yaşamışdı.
MMA əfsanəsinin adı Astana gecəsində Şəmmədovu qorxutmayıb.
Bayram DFC turnirinin 2-ci raundunda texniki nokautla rəqibini məğlub edərək növbəti qələbəsini bayram edib.
Namiq HUN
tag: Azərbaycan, Astana, Qazaxıstan, MMA, Bayram Şəmmədov,todaypress.az,