Azərbaycan idmançılarının Gimnaziada sınağı

İdman

01.04.2025 12:25

1293

Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçiriləcək.   

TodayPress xəbər verir ki, Azərbaycan millisi aprelin 4-dən 14-dək keçiriləcək yarışda 18 idman növündə iştirak edəcək.   

İdman gimnastları Novi-Sad şəhərində bacarıqlarını göstərəcəklər. Kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis yarışlarına Zlatibor şəhəri ev sahibliyi edəcək. Ujiçedə badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis yarışları təşkil olunacaq.

Taekvondo və karate idman növünün təmsilçiləri Pojeqada bir araya gələcəklər. Luçani şəhərinin sakinləri cüdo və güləş yarışlarını seyr edəcəklər.

Nova-Varoşda qılıncoynatma, Priboyda isə atletika idman növü üzrə yarışlar baş tutacaq.   

ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycanın ümumilikdə 192 idmançısı qələbə uğrunda mübarizə aparacaq.   

Namiq HUN

tag: Azərbaycan,Serbiya,Gimnaziya,YArış,Todaypress.az,