Azərbaycan idmançıları ənənəvi ciu-citsuda fərqləndilər
Italiyada Ənənəvi Avstraliya Milli Ciu-citsu Çempionatı (AJP Tour) çərçivəsində yarış keçirilib.
TodayPress xəbər verir ki, Roma turnirində Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyini təmsil edən idmançılar Fərid Hadıyev, Fuad Əliyev və Rita Kovari uğurla çıxış ediblər.
F.Hadıyev (77 kq) “Qəhvəyi kəmər uğrunda” yarışda 2-ci olub. F.Əliyev (46 kq) uşaqlar arasında “Ağ kəmər uğrunda” mübarizədə bürünc medala layiq görülüb. R.Kavari (62 kq) isə qadınların mübarizəsində “Ağ kəmər uğrunda” fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Namiq HUN
tag: Ciu-citsu,İdman,Qələbə,Medal,Todaypress.az,