Azərbaycan hələlik ilk 10-luqda qərarlaşıb

İdman

25.04.2025 13:05

60

Cüdo üzrə Azərbaycan komandası Monteneqroda keçirilən Avropa çempionatında ümumi hesabda 10-cu yerdədir.   

TodayPress xəbər verir ki, ilk iki gündən sonra Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) adlarını Podqoritsa turnirinin mükafatçıları sırasına yazdırıblar.   

Azərbaycan komandası çempionatda qazandığı iki bürünc medal sayəsində qitənin İspaniya, Serbiya, Finlandiya və Macarıstan kimi ölkələrini geridə qoyub.   

Fransa komandası çempionatın lideridir (2-1-4). Gürcüstan millisi (1-1-0) ilk üçlüyü təşkil edir.   

Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə 13 ölkədən olan cüdoçular medal qazanıblar.   

Namiq HUN

tag: Azərbaycan,Cüdo,Medal,Uğur,Todaypress.az,