Azərbaycan hakimləri CEV-dən təyinat aldılar

İdman

22.01.2025 18:00

1842

Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasınnın B qrupunda yer alan Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” klublarının qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.

Fuad Hacıyev isə yanvarın 23-də qadın voleybolçular arasında CEV kubokunda pley-off mərhələsi çərçivəsində keçiriləcək “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə hakimlik edəcək. 

Namiq HUN

tag: Avropa,Voleybol,CEV,Hakimlər,İdman,todaypress.az,