Azərbaycan güləşçisi dünya çempionu oldu
İdman
25.10.2024 21:47
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva
(57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl
medalını qazanıb.
TodayPress xəbər verir ki, təmsilçimiz 1/8 finalda
ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans
tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib
və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha
öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin
mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya
çempionu olub.
tag: Alina Filipoviç, Jalə Əliyeva, Yaponiya, Azərbaycan, Güləşçi, todaypress.az,