Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

İdman

22.10.2024 21:33

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.

TodayPress xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.

9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, mundial oktyabrın 27-də başa çatacaq.

tag: Yunan-Roma, Nihad Quluzadə, Almaniya, Tiranada, todaypress.az,