Azərbaycan güləşçisi bürünc medal qazandı

İdman

11.08.2024 15:00

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləşdə təmsil edən Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxıb.

TodayPress xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb.

Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

tag: idman,Paris 2024, Olimpiya Oyunları, todaypress.az,Maqomedxan Maqomedov,bürünc medal,