Azərbaycan güləşçisi Avropa Çempionatında finala vəsiqə qazandı
İdman
02.07.2024 21:17
Azərbaycan güləşçiləri
Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında
növbəti görüşlərini keçiriblər.
Tural Əhmədov (60 kiloqram) gürcüstanlı Beso Maxaradzeyə 2:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda isveçli Adam Silverinə (3:4) minimal fərqlə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakislə qarşılaşacaq.
Fəraim Mustafayev (67 kiloqram) təsnifat
mərhələsində rusiyalı Qrair Oqanesyana 3:5 hesabı ilə uduzub. Rəqib finala
yüksəldiyi üçün Fəraim sabah təsəlliverici görüşdə rumıniyalı İosif Yoneskuyla
güləşəcək.
Ruslan Nurullayev (72 kiloqram) yarımfinaladək ukraynalı Maksim
Radik, xorvatiyalı Luka İvançiç və finlandiyalı Oliver Pada üzərində 3:1
hesablı qələbə qazanıb. Finalın bir addımlığında litvalı Rokas Çepauskasa 1:5
hesabı ilə uduzaraq, titulunu qoruya bilməyən güləşçimiz ümidini bürünc medala
bağlayıb.
Mahir Qurbanlı (97 kiloqram) 1/8 finalda polşalı Sebastyan
Varxolla bacarmayıb – 2:7.
tag: Avropa Çempionatı,Novi Sad, Mahir Qurbanlı,AWF, todaypress.az,