Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu
İdman
21.10.2024 18:05
Azərbaycanın sərbəst güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 ay müddətinə diskvalifkasiya olunub.
TodayPress Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinə istinadən xəbər verir ki, cəzaya səbəb idmançının qadağan edilmiş maddədən istifadə cəhdi göstərilib.
125 kq çəki dərəcəsində çıxış edən güləşçinin nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də başa çatacaq.
Namiq HUN
tag: Azərbaycan, Güləş, AMADA, Antidopinq, Maddələr, todaypress.az,