Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazandılar

İdman

22.09.2024 03:34

Azərbaycanın güləşçiləri Qazaxıstanın Atırau şəhərində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində üç medal qazanıb.

Güləş Federasiyasından TodayPress-ə verilən məlumata görə, Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 güləşçi təmsil edib.

tag: Güləş, İdman, Qazaxıstan, Çempion, todaypress.az,