Azərbaycan güləşçiləri dünya reytinqinin liderləridir

İdman

16.11.2024 18:18

Dünya Güləş Birliyi idmançıların yeni dünya reytinqini açıqlayıb. 

TodayPress xəbər verir ki, son dünya çempionatının qalibləri Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadə (72 kq) sıralamanın lideridirlər.

Yunan-Roma güləşi üzrə yığma komandanın digər üzvlərindən Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) öz çəkilərində 2-cidirlər. 

Sərbəst güləşçi Nurəddin Novruzov (61 kq) da dünya reytinqinin 2-ci pilləsində yer alıb. Onun komanda yoldaşlarından Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə ilk üçlüyü tamamlayırlar.

Qadın güləşçilərdən ən yüksək göstəriciyə dünya reytinqinin üçüncüsü olan Alyona Kolesnik (59 kq) nail olub. 

Namiq HUN

tag: Dünya, Güləş, Azərbaycan, Yunan-Roma,Nihat Məmmədli ,Həsrət Cəfərov, todaypress.az,