Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri tutdu
İdman
21.08.2024 23:09
İordaniyanın Amman şəhərində keçirilən U-17
dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıb.
TodayPress xəbər verir ki, böyük məşqçi Taleh
İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya
çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün
rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc
medal əldə edib.
Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya
üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.
tag: İdman, Tural Daşdəmirov,U-17,Güləş,Yunan-Roma,todaypress.az,