Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər
İdman
17.10.2024 03:00
Azərbaycanın 23 yaşadək
güləşçilərdən ibarət millisi oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı
Tiranada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
TodayPress xəbər verir ki, mundiala yunan-Roma
güləşçilərinin mübarizəsi ilə start veriləcək.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən
Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq),
Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan
Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov
(87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa
çalışacaq.
Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər
Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova
(50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59
kq) və Ruzanna Məmmədova (62 kq) mübarizəyə qoşulacaq.
Çempionatın son günlərində sərbəst güləşçilər xalça
üzərinə çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və
məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ruslan
Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq),
Cəbrayıl Qadjiyev (74 kq), Ali Tsokayev (79 kq), Arseni Cioyev (86 kq),
Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq)
ölkəmizi təmsil edəcək.
Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq
Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaq.
tag: İdman, Azərbaycan, Güləşçi, Yunan-Roma, todaypress.az,