Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb

İdman

30.05.2024 19:43

TodayPress xəbər verir ki, Azərbaycan növbəti dəfə güləş hakiminin timsalında da Olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.

tag: Paris-2024,Asif Şirəliyev,Olimpiya Oyunları,Dünya Güləş Birliyi, İdman, todaypress.az,