Azərbaycan gimnastları Gimnaziadada gümüş medal qazandılar
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada çıxış edən Azərbaycan gimnastları idman Oyunlarında ikinci olublar.
TodayPress xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət qrup komandamız fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Məryəm Topçubaşova fərdi proqramda da Gimnaziadanın bürünc medalına sahib çıxıb.
Namiq HUN
tag: Manama, Bəhreyn, Gimnazia, Məryəm Topçubaşova, Azərbaycan, todaypress.az,