Azərbaycan gimnastları Dünya kubokunda çıxış edəcəklər

İdman

09.05.2025 17:00

12

Azərbaycanın idman gimnastikası üzrə yığma komandası Bolqarıstana yollanıb.   

TodayPress xəbər verir ki, gimnastlarımız həftəsonu keçiriləcək “Challenge” seriyalı Dünya kubokunda çıxış edəcəklər.   

Varna turnirində ölkəmizi Mənsum Səfərov və Dəniz Əliyeva təmsil edəcək.  Səfərov sərbəst hərəkətlər və turnikdə yarışacaq.

Dəniz isə sərbəst hərəkətlər, dəstəli at, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mükafatlar uğrunda mübarizə aparacaq.   

Namiq HUN

tag: Gimnastika,Dəniz Əliyeva,Kubok,Turnir,Todaypress.az,