Azərbaycan gimnastları Daşkənd turnirində
Bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsi Özbəkistanda keçiriləcək.
TodayPress xəbər verir ki, aprelin 25-də start götürəcək Daşkənd turnirində Azərbaycan gimnastları da iştirak edəcək.
Özbəkistan paytaxtında ölkəmizi İlona Zeynalova və Zöhrə Cəfərova təmsil edəcəklər.
Bakıda keçirilən Dünya kuboku mərhələsində iki qızıl medal qazanan Olimpiya çempionu almaniyalı Darya Varfolomeev də Daşkənddə çıxış edəcək.
Namiq HUN
tag: Azərbaycan,Gimnast,Daşkənd,Turnir,Todaypress.az,