Azərbaycan gimnastı Norveçdə 2 medal qazandı
Norveçdə keçirilən bədii gimnastika üzrə dostluq yarışında Azərbaycan idmançısı uğurlu çıxışla yadda qalıb.
TodayPress xəbər verir ki, Xüsusi Olimpiya hərəkatına dəstək layihəsi çərçivəsində təşkil olunan yarışda bədii gimnast Mehriban Tağıyeva bacarığını göstərib.
O, fərdi proqramda Lerenskuq turnirinin halqa ilə qızıl, topla çıxışda isə bürünc medalını qazanıb.
Namiq HUN
tag: Norveç, Azərbaycan, Gimnastika, Mehriban Tağıyeva, Lerenskuq, todaypress.az,