Azərbaycan futbolu tarixinin 4-cü bombardiri

İdman

31.07.2024 12:12

“Qarabağ”ın futbolçusu Olavio Juninyo avrokuboklarda 10-cu qolunu vurub.

TodayPress xəbər verir ki, braziliyalı hücumçunun yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.

“Linkoln” üzərində qələbəyə 3 qolla töhfə verən cənubi amerikalı “qoleador” Çempionlar Liqasındakı qol sayını 4-ə çatdırıb. Forvard ötən mövsüm Avropa Liqasında 6 dəfə fərqlənib.

Juninyo 10-cu qolunu 17-ci matçda vurub. 

Olavio Azərbaycan futbolu tarixinə klublarımızın heyətində ən azı 10 qol vuran 4-cü bombardir kimi düşüb. O, bu göstəricidə Filip Ozobiçə çatsa da, Abdullah Zubir (14) və Reynaldo Silvadan (11) geri qalır. 

Namiq HUN

tag: Azərbaycan, Linkoln, Forvard, Avropa, Liqa, todaypress.az,